Abşeronda oğurluq etməkdə təqsirləndirilən İbrahim Əlibalayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
İş hakim Cəmilə Səfiyevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Abşeron rayonu, Hökməli qəsəbə sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş İbrahim Əlibalayev 6800 manat dəyərində 3 baş inəyi oğurlayıb. İbrahim Əlibalayev Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
