Məzmuna keç

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” cərimələnə bilər

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-yə cərimə protokoolu yazılıb.

E-huquq.az xəbər verir ki, ASC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Protokola hakim Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Protokol təsdiq olunarsa, şirkət min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə