Masallıda tanışını bıçaqlayaraq öldürməkdə təqsirləndirilən Höccət Sultanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Nahid Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası dekabrın 13-nə təyin olunub.
Qeyd edək ki, 2000-ci il təvəllüdlü Höccət Sultanov aralarında yaranmış mübahisə zəmnində Masallı rayonunun Musaküçə kənd sakini, 1998-ci il təvəllüdlü Elməddin Kərimovu ürək nahiyəsindən bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
