Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Teymur Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. Əvvəllər məhkum olunmuş Teymur Məmmədov 34 yaşlı Tacirə Salmanovanı 19 bıçaq zərbəsi vuraraq qətlə yetirməkdə şübhəli bilinir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
