Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kamil Əhədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Hakim Orxan Məmmədlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Kamil Əhədov idarə etdiyi "Mercedes" markalı avtomobillə Yasamal rayon ərazisində yolu keçən Gürcüstan vətəndaşı,1989-cu il təvəllüdlü Alahverdi Musayevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb. K.Əhədova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
