Məzmuna keç

“Finca Azerbaijan” barədə inzibati protokol tərtib olundu

"Finca Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatına cərimə protokokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, "Finca Azerbaijan" barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Məcəllənin 598.1.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması) maddəsinə əsasən, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən eyniləşdirmə sənədlərinin və pul vəsaitləri və ya digər əmlakla əməliyyatlara dair sənədlərin saxlanması ilə bağlı vəzifələrin yerinə yetirilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Şəbnəm Mehdizadə