Bakıda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mübariz Qədirovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az xəbər verir ki, üzrə toplanmış materiallar baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İş hakim Mətanət Hacıyevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə paytaxtın Nizami rayonunda baş verib. 1947-ci il təvəllüdlü Qədirov Mübariz Nəsir oğlu idarə etdiyi avtomobil ilə "Böyüksaray" şadlıq sarayının qarşısında hərəkətdə olarkən yolu keçən piyada Türkiyə Respublikası vətəndaşı Natalya Arm Vilademir qızını vurub. Piyada hadisə nəticəsində yerindəcə ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
