Məzmuna keç

“Naxçıvan Avtomobil Zavodu” barəsində inzibati protokol tərtib olundu

"Naxçıvan Avtomobil Zavodu" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokol Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsində hakim Qabil Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, "Naxçıvan Avtomobil Zavodu" inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə