Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, agentlik barəsində müavfiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.
Protokol Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə araşdırılacaq.
Protokol təsdiq olunarsa, qurum inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
