Məzmuna keç

Lənkəranda 12 yaşlı məktəblinin öldüyü yol qəzası ilə bağlı məhkəmə başlayır

Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Mircavid Məmmədlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Hakim Nicat Ağabəyovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası dekabrın 26-d keçiriləcək.

Qeyd edək ki, hadisə rayonun Gərmətük kəndi ərazisində baş verib. Belə ki, M.Məmmədli idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçmək istəyən 12 yaşlı məktəbli Süleyman Nəzərzadəni vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə