Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Mürşüd Muradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib.
Hakim Ağarza Səmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası dekabrın 20-nə təyin olunub.
Qeyd edək ki, hadisə Ələt-Astara yolunda qeydə alınıb. Belə ki, Mürşüd Muradov idarə etdiyi MAN markalı betonqarışdıran avtomobillə hərəkətdə olarkən 78 yaşlı Rəxşəndə Süleymanovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə itttiham irəli sürülüb
Şəbnəm Mehdizadə
