Məzmuna keç

Məhkəmə bir ailənin 3 üzvünü bıçaqlamaqda təqsirləndirilən şəxslə bağlı qərar verəcək

Şəmkirdə bir ailənin 3 üzvünü bıçaqlamaqda təqsirləndirilən Fuad Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Fuad Məmmədov gecə saatlarında evə daxil olaraq 1972-ci il təvəllüdlü Sevda Abbasova, 1968-ci il təvəllüdlü Natiq Abbasov və nəvələri, 2014-cü il təvəllüdlü X. Abbasovanı bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə