Dövlət Gömrük Komitəsi "Avromed Company" QSC-yə cərimə protokolu yazıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib okunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bu xətaya görə, "Avromed Company" min beş yüz manat məbləğində cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
