Naxçıvanda adam bıçaqlamaqda təqsirləndirilən Süsaməddin Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Faiq Heydərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Babək rayon Cəhri qəsəbəsində qeydə alınıb. Belə ki, Süsaməddin Tağıyev yerli sakin Zakir Əliyevin boğaz nahiyəsinə bıçaq xəsarəti yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
