Məzmuna keç

“Bu il rekord həddə qaz şəbəkəyə qəbul edilib”

"Bu il “Azəriqaz” İstehsalat Birliyi rekord həddə qaz şəbəkəyə qəbul edib"

E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə 6,7 mlrd. kubmetr qaz şəbəkəyə qəbul edilib. Əhaliyə 3,2 mlrd. kubmetr qaz satılıb, sənaye qurumları üçün isə 2,8 mlrd. kubmetr qaz satışı həyata keçirilib.

R.Əliyev bildirib ki, 2020-ci “Azəriqaz”ın şəbəkəsinə 6,9 mlrd. kubmetr qaz qəbulu gözlənilir.