Məzmuna keç

“Şəki İpək” məhkəməyə verildi

"Şəki İpək" ASC məhkəməyə verilib.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Şəki Rayonunun Aşağı Göynük Bələdiyyəsi ASC-yə qarşı icarə müqaviləsi ilə bağlı tələb irəli sürüb.

İddia Şəki Kommersiya Məhkəməsində hakim Rüfət Məcidovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə