Məzmuna keç

Anar Bağırov: “Ali Məhkəmənin rəhbərliyi vəkillərin fəaliyyətinə çox böyük önəm verir”

"Məhkəmə Hüquq Şurası" haqqında Qanuna əsasən Vəkillər Kollegiyası Şuranın işində iştirak edir. Hazırda Kollegiyanı Məhkəmə-Hüquq Şurasında mən təmsil edirəm. Bir nümayəndəmiz də Hakimlərin Seçki Komitəsində fəaliyyət göstərir. Vəkillər Kollegiyası məhkəmə hakimiyyətinin formalaşmasında, idarə edilməsində bilavasitə iştirak edir. Yeri gəlmişkən, vəkil korpusunun formalaşmasında hakimlər də iştirak edir".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov AZƏRTAC-a müsahibəsində deyib.

Sədr son illər ərzində bu sahədə ciddi islahatlar aparıldığını bildirib.

"Ali Məhkəmənin sədri İnam Kərimovun təşəbbüsü ilə Femida Dialoq Platforması fəaliyyət göstərir. Bu çərçivədə ilk görüş vəkillərlə keçirildi. Bu da onu göstərir ki, Ali Məhkəmənin rəhbərliyi vəkillərin fəaliyyətinə çox böyük önəm verir. Hakim həmkarlarımızla birgə hədəfimiz ondan ibarətdir ki, ədalət mühakiməsi həyata keçirilən zaman qeyri-prosessual münasibətlər tamamilə aradan qalxsın. Bu cür halların qarşısının alınması üçün müəyyən hüquqi baryerlər, mexanizmlər mümkün olmalıdır", – deyə A.Bağırov əlavə edib.