"National Primehospital" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, hospital altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
