Məzmuna keç

Piyadanın ölümündə ittiham olunan sürücünün məhkəməsi başlayır

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Yavər Rəşidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları naxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

İş hakim Bəxtiyar Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Xətai rayonu ərazisində qeydə alınıb. Rəşidov Yavər İsmayıl oğlu idarə etdiyi yük avtomobilini Gəncə prospektində yerləşən "Fəridə" şadlıq sarayının həyətində arxaya doğru idarə edərkən piyada Tağılı İlqar Bəhram oğlunu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə