Şirvanda tanışını öldürməkdə təqsirləndirilən Elşən İslamovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Xamməd Nuriyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası dekabrın 27-də keçiriləcək.
Qeyd edək ki, 1972-ci il təvəllüdlü Elşən İslamov aralarında yaranmış mübahisə zamanı tanışı 1963-cü il təvəllüdlü Yavər Bağırova bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
