Məzmuna keç

Göyçayda narkotiklə saxlanılan şəxslər hakim qarşısına çıxarılır

Göyçayda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Malik İsgəndərov, İlham Abdullayev, Elçin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Bilal Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 nəfər rayon sakini – əvvəllər məhkum olunmuş Elçin Məmmədov, İlham Abdullayev və Malik İsgəndərov tutulub. Sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilərkən heroin və metamfetamin aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitəni İran vətəndaşından onlayn yolla aldıqları müəyyən edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə