Məzmuna keç

Fərhad Abdullayev: “Azərbaycanın demokratik seçki keçirmək təcrübəsi mövcuddur”

Azərbaycanın demokratik seçkilərin keçirilməsində təcrübəsi mövcuddur.

E-huquq.az xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O qeyd edib ki, hər bir insan öz aktiv seçki hüququndan istifadə etməlidir: "Hər bir Azərbaycan vətəndaşını seçkilərdə fəal iştirak etməyə çağırıram".

F.Abdullayev deyib ki, burada hər birimizin üzərinə məsuliyyət düşür."Biz bu məsuliyyətimizi layiqincə yerinə yetrməliyik. Azərbaycan sabitlik adasına çevrilib. Bunu dərk edib qorumaq və gələcək nəsillərə ötürmək hər birimizin borcudur. Biz birgə iş birliyimiz və əməkdaşlığımız nəticəsində prezident seçkilərini uğurla keçirməyə nail ola bilərik".