Məzmuna keç

“Hemolab” 8 min manatadək cərimələnə bilər

"Hemolab" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC-yə qarşı müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci (Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Hemolab" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə