Məzmuna keç

Qazaxda narkotiklə saxlanılan şəxs hakim qarşısına çıxarılır

Qazaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Novruz Ayralovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 7-də keçiriləcək.

Qeyd edək ki, Novruz Ayralovun yaşadığı evə baxış keçirilən zaman oradan müxtəlif bükümlərdə və qablarda narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. N.Ayralov ifadəsində narkotik vasitələri Bakı şəhərində İran vətəndaşından aldığını və rayona satmaq məqsədilə gətirdiyini etiraf edib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə