Məzmuna keç

“Ege Hospital” cərimələnə bilər

"Ege Hospital"a cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Protokol hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, "Ege Hospital" beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin baxış iclası yanvarın 8-də keçiriləcək.

Şəbnəm Mehdizadə