Naxçıvanda adam öldürməkdə təqsirləndirilən Sərvin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmı materiallar baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirlləcək məhkəmənin hazılrıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü Sərvin Məmmədov Kəngərli rayon Xok kəndində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmkəndlisi 2006-cı il təvəllüdlü Aysun İbrahimovaya xəsarət yetirərək onu qəsdən öldürməkdə təqsirləndirilir. S.Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
