Məzmuna keç

Məhkəmə qohumunu öldürməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək

Bakıda adam öldürməkdə təqsirləndirilən Nəsimi Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Siyavuş Hacıyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Nəsimi Hüseynov Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək əmisi oğlu Elməddin Hüseynovu qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə