Məzmuna keç

Bakıda qadını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bakıda tanışını öldürməkdə təqsirləndirilən Səbuhi Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Səbuhi Hüseynov aralarında yaranmış mübahisə zamanı tanışı Könül Cəfərovanı paltar vasitəsilə boğaraq qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə