Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Ruslan Sarıbalayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın nəlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Samir Əliyevin icraatına verilib. Məhkəmənin hazılrıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsində yerləşən, “Şamlıq” adlanan ərazidə baş verib. Belə ki, Bakı şəhər sakini 32 yaşlı Ruslan Sarıbalayev tanışı, 25 yaşlı Elşən Əliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Ruslan Sarıbalayev saxlanılıb, ona qarşı cinayət Məcəlləsinin 126.1-ci madəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
