Məzmuna keç

Tovuzda oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Tovuzda oğurluq etməkdə təqsirləndirilən Nizaməddin Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilib.

Hakim Fərid Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Tovuzun Aşağı Quşçu kənd sakini, əvvəllər məhkum olunmuş Nizaməddin Tağıyev borcunu vermək üçün Azaflı kənd sakini Namiq Qocayevə məxsus tövlədən 26 baş qoyunu gecə saatlarında oğurlayıb. Araşdrımalar zamanı məlum olub ki, N.Tağıyev oğurladığı qoyunları qonşusunun həyətində saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə