Məzmuna keç

Piyadanın ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Təhminə Həsənovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Fərid Namazovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yanvarın 8-ə təyin olunub.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Həsənova Təhminə Kamil qızı idarə etdiyi “Hyundai İ30” markalı avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində yerləşən 84 nömrəli tam orta məktəbin qarşısında hərəkətdə olan zaman yolun solundan sağına keçən piyada 1964-cü il təvəllüdlü Hüseynov Suliddin Faxrət oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. T.Həsənovaya qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə