"Cənnət Park" Mənzil Tikinti Kooperativi məhkəməyə verilib.
E-huquq.az-ın məlumatına görə, Heydər Əliyev adına Neft Emalı Zavodu MTK-ya qarşı Sumqayıt Kommersiya Məhkəməsində iddia qaldırıb.
Belə ki, zavod qanunsuz tikilinin sökülməsi barədə tələb irəli sürüb.
İddia hakim Həlimə Alıyevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.
Şəbnəm Mehdizadə
