Məzmuna keç

Şamaxıda 2 qadını bıçaqlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Şamaxıda 2 qadına bıçaqlamaqda təqsirləndirilən Novruz Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yanvarın 10-da keçiriləcək.

Qeyd edəki, Şamaxı rayon sakinləri, 1997-ci il təvəllüdlü Elmira Babayeva və 2000-ci il təvəllüdlü Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub. Hər iki qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Babayevanın əri, 1996-cı il təvəllüdlü Novruz Babayev saxlanılıb. N.Babayeva qarşı Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə