Məzmuna keç

Ali Məhkəmə vəkillərə müraciət etdi

Məhkəmə sənədləri vəkillərə "Elektron kabinet" vasitəsilə təqdim ediləcək.

E-huquq.az xəbər verir ki, 2024-cü il 7 yanvar tarixindən etibarən "Elektron məhkəmə" informasiya sistemində "Elektron kabinet"i olan, Ali Məhkəmənin icraatındakı işlərdə müdafiəçi və ya nümayəndə kimi qeydiyyata alınmış, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri – vəkillərə məhkəmə sənədlərinin (bildiriş, qərar və sair) "Elektron kabinet" vasitəsilə təqdim edilməsinə üstünlük veriləcək.

Bununla yanaşı, "Elektron məhkəmə" informasiya sistemində "Elektron kabinet"i olmayan vəkillərə məhkəmə sənədlərinin kağız daşıyıcıda göndərilməsi də təmin ediləcək.