Beyləqanda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əyyub Salahlıya hökm oxunub.
E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Ə.Salahzadə Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, hadisə Beyləxan rayonunun Qəhrəmanlı kəndində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Əyyub Salahlının idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Nəticədə avtomobildə olan sərnişinlər 2001-ci il təvəllüdlü Rəşad Orucov və 1995-ci il təvəllüdlü Eltun Xudiyev ölüb.
Şəbnəm Mehdizadə
