Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Oruc Xəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Fəxri Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 9-da keçiriləcək.
Qeyd edək ki, hadisə Bakının Nizami rayonunda, metronun Xalqlar Dostluğu stansiyasının qarşısında qeydə alınıb. Belə ki, Oruc Xəlilov mübahisə zəmnində 1989-cu il təvəllüdlü Həsənov Mirhakim Akif oğluna bıçaq zərbəsi endirib. O.Xəlilova qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
