Xaçmazda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Şamil Turabovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Elçin Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1982-ci il təvəllüdlü Şamil Turabov birgə yaşadıqları evdə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 1980-ci il təvəllüdlü Aynurə Turabovaya kəsici-deşici alətlə xəsarətlər yetirərək onun ölümünə səbəb olub. Daha sonra isə o, eyni alətlə özünə xəsarət yetirib. Ş.Turabova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
