Məzmuna keç

Şahdağ Milli Parkı cərimələnə bilər

Şahdağ Milli Parkına cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, park barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Quba Rayon Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, Şahdağ Milli Parkı üç yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə