Məzmuna keç

Əhməd Əhmədzadə “Əmək” ordeni ilə təltif edildi

Əhməd Əhmədzadə “Əmək” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev Əhməd Əhmədzadənin “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatı sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhməd Cuma oğlu Əhmədzadə 1 ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Ə.Əhmədzadə 1945-ci ilin yanvarın 7-də Qax rayonunun Qaxqumlağ kəndində anadan olub. Sabah onun 75 illik yubileyidir.