Məzmuna keç

Sabah Bakıda güclü külək əsəcək –

Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında külək güclənəcək.

Bu barədə e-huquq.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah şimal-qərb küləyinin 15-18 m/s olacağı, gecə və səhər arabir 20-23 m/s-dək güclənəcəyi, hava şəraitinin yanvarın 27-si axşam, 28-i gecə və səhər arabir yağıntılı olacağı gözlənilir.

Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimalı var.