Məzmuna keç

“ARPA Consulting” cərimələnə bilər

"ARPA Consulting" şirkətinə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələllik məlum deyil.

Protokol təsdiq olunsa, "ARPA Consulting" üç yüz manat məbləğində cərimə ediləcək.

Şəbnəm Mehdizadə