Məzmuna keç

Hacıqabulda 5 nəfərin xəsarət aldığı qəzaya görə sürücü hakim qarşısına çıxarılır

Hacıqabulda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Novruzəli Bədəlovun cinayət işi üzrə ibtidai istintaq baş açatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib.

Hakim Zaur Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası fevralın 21-nə təyin olunub.

Qeyd edək ki, hadisə rayonun Udulu kəndi ərazisində qeydə alınıb. Belə ki, 2 avtomobilin toqquşması nəticəsində Hacıqabul rayon sakinləri TünzaləTarıverdiyeva, Namidə Tarıverdiyeva, Elzangül Cəfərova, Sənəm Bədəlova və daha bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı şəxslər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Sürücü Novruzəli Bədəlova qarşı Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə