Məzmuna keç

Türkiyə şirkətinin Azərbaycan nümayəndəliyinə cərimə yazıldı

"Tekfen İnşaat və Təsisat Anonim Şirkəti"nin Azərbaycan Nümayəndəliyi barəsində cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İş hakim Fuad Axundovun icraatına verilib.

Qeyd edək ki, bu xətaya görə "Tekfen İnşaat və Təsisat Anonim Şirkəti"nin Azərbaycan Nümayəndəliyi üç yüz manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə