Məzmuna keç

ASCO-ya cərimə protokolu yazılıb

Rabitə qaydalarını pozduğuna görə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) Qapalı Səhmdar Cəmiyyəti barəsində cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, ASCO barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 362-3-cü (Müvafiq icazə olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Səbail Rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə