Hacıqabulda oğurluq etməkdə təqsirləndirilən Elşad İbrahimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, cinayət işinə Hacıqabul Rayon Məhkəməsinə göndərilib.
Hakim Orxan Bayramovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazılrıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılan rayon sakini Elşad İbrahimov müxtəlif küçələrdə olan rəbitə dirəklərindən ümumilikdə 310 metr TPP tipli kabel oğurlayaraq dövlət müəssisəsinə 1045 manat, qohumuna məxsus olan evdən məişət əşyaları və avadanlıqları oğurlayaraq isə zərərçəkmişə 2000 manata yaxın maddi ziyan vurmaqda təqsirləndirilir. E.İbrahimov tərəfindən oğurlanmış kabellər, eləcə də əşya və avadanlıqlar polis əməkdaşları tərəfindən onun yaşadığı evdən maddi sübut kimi götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
