Abşeronda 18 yaşlı gənc oğlanı bıçaqlamaqda təsirləndirilən Hüseyn Muradovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Aynur Rzayevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası fevralın 20-nə təyin olunub.
Qeyd edək ki, hadisə Xırdalan şəhərində baş verib. Belə ki, H.Muradov aralarında yaranmış mübahisə zəmnində 2005-ci il təvəllüdlü Qafar Abbasova sol ayağından bıçaqla xəsarət yetirib. Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. H.Muradova qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
