"Aspera Clinic" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, "Aspera Clinic" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə
