Astarada tanışını öldürməkdə təqsirləndirilən Pərviz Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Neymət Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 2005-ci il təvəllüdlü Pərviz Əhmədov rayonun Pəlikəş kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı 1983-cü il təvəllüdlü Burhan Vahabovu odlu silahdan bir dəfə atəş açaraq qəsdən öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
