Məzmuna keç

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən İbrahim Məlikovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 1992-ci il təvəllüdlü İbrahim Məlikov Yasamal rayonu, X.Mustafayev küçəsində yaşayan 1987-ci il təvəllüdlü Natiq Əliyevi bıçaqlamaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə