Məzmuna keç

“Azerfarm LTD” 8 min manatadək cərimələnə bilər

"Azerfarm LTD" şirkətinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması ) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Sabunçu Rayon Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, “Azerfarm LTD” altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin baxış iclası fevralın 22-də keçiriləcək.

Şəbnəm Mehdizadə